Posté le: 11 Déc 2006 1:28 Sujet du message: Azeri gazeteleri ne der??
AYNA'dan..
B.e. , 11, 2006 Þ. , Dek. 9, 2006
TÃœRKÄ°YƏ ORDUSUNUN KOMANDANI HÖKUMƏTƏ XƏBƏRDARLIQ EDÄ°B
Türkiyə ordusunun rəhbərliyi hökumətin Þimali Kiprlə baÄŸlı yeni təklifindən xəbərsizdir.
APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin BaÅŸ Qərargah rəisi YaÅŸar Böyükanıt ölkə mətbuatına açıqlamasında hökumətin Avropa Birliyi ilə danışıqlarda Kipr məsələsinə dair güzəÅŸtli təkliflə çıxış etməsini televiziyadan öyrəndiyini bildirib: "Açıq deyirəm ki, bu məsələ ilə baÄŸlı bizə heç nə söyləməyiblər, mövqeyimizi öyrənməyiblər. SoruÅŸsalar, deyəcəkdik ki, bu, dövlətin rəsmi mövqeyindən sapmaq deməkdir. "Limanları açacağıq" deyirsiniz. Hansı limanları? Əlbəttə, dövləti biz idarə etmirik, sadəcə, fikrimizi söyləyirik. Mövqeyimizi öyrənib qəbul etməyə bilərdilər".
Xatırladaq ki, Türkiyə hökuməti Þimali Kiprdəki "Ərcan" hava limanının beynəlxalq uçuÅŸlara, Maqusa dəniz limanının isə beynəlxalq ticarətə açılmasının əvəzində Türkiyənin bir dəniz və hava limanını yunan Kipri üçün açmaÄŸa hazır olduÄŸunu bildirib. Hazırda Avropa Birliyi bu təklifi müzakirə edir.
Dünənki qəzetlərdən oxudum ki, türkiyəli ekspert Mansur Akgün Kipr məsələsi ilə baÄŸlı ÅŸərh verərkən DaÄŸlıq QarabaÄŸ hadisələrinə də toxunub və bütövlükdə hər iki məsələyə böyük dünyanın, o cümlədən də Avropa Birliyinin münasibətini qabardıbdır. Mansur Akgün bildirib ki, "bu gün dünyada, o cümlədən də Avropa Birliyində məsələlərə tamamilə baÅŸqa prinsiplərdən yanaşılır və heç kimə də sirr deyil ki, Avropa Birliyində bizi Ermənistan qədər sevmirlər". Məsələnin bu cür qoyuluÅŸu həqiqi mənada mənim də içərimdə olan bəzi duyÄŸulara, hisslərə toxundu. Və istər-istəməz etiraf etməli oldum ki, doÄŸrudan da bizi sevmirlər. Ãœmumiyyətlə, bizi sevən var ki? Bəli, DaÄŸlıq QarabaÄŸ hadisələri baÅŸlanandan bəri birmənalı olaraq hər kəs hiss etməyə baÅŸladı ki, illərlə fərqinə varmadığımız və az qala böyük Sovet xalqları ailəsində özümüz üçün ən doÄŸma saydığımız yaxın qonÅŸumuz olan ermənilər, o cümlədən də millətçi ruslar və digər millətçiliyi özü üçün birinci vəzifə sayan xalqlar bizləri, bütövlükdə isə türk dünyasını heç vaxt sevməyiblər. Onlar bunu çox məharətlə, heç kimə birbaÅŸa demədən, amma ilana zəhər verən kərtənkələ kimi həyata keçirməyə, bu yola üstünlük veriblər. Bir az da dəqiq ifadə etsəm, əsərlərində, yaratdıqları sənət nümunələrində daha çox türkçülüyün, türk dünyasının yaxşı elementlərini götürərək onu erməniləÅŸdiriblər. Əvəzində isə özlərinin naqis tərəflərini hər yerdə türk dünyasının adı ilə təqdim ediblər. Biz də bilmirəm, sovet qanunlarındanmı, yoxsa dərin yuxuya getmiÅŸ yaxşı mənada millətçilik hisslərimizin oyanmasından qorxub gah özümüzü görməməzliyə vurmuÅŸuq, gah eÅŸitməməzliyə, gah da aÅŸkarca etinasızlıq nümayiÅŸ etdirməklə demək istəmiÅŸik ki, "it hürər, karvan keçər. Yel qayadan heç nə aparmaz". Amma zaman göstərdi ki, itin hürməyinə, karvanın keçməyinə baxmayaraq, yel qayadan ən azı onun rahatlığını, dincliyini, sabitliyini apara bilir. Hər gün yellə, küləklə üzü-üzə qalmaq qayanın duruÅŸuna (söhbət burda böyük mənada millətdən, xalqdan gedir), düşüncəsinə, həyat tərzinə təsir edir. Onu sınaqlarla üz-üzə qoyur. Xristian dünyasının BaÅŸ Çayxanası olan BMT-nin, eləcə də AÞ-ın və yaxud Avropa Birliyinin türk dünyasına qarşı aÅŸkar mövqeyi bu gün təəccüb doÄŸurmamalıdır. Çünki Türk dünyası özünün böyük dövlətçilik ənənəsi ilə, maddi-mədəni nümunələriylə, tarixiylə həmiÅŸə bir ox olaraq həmin o dünyanın sinəsini parçalayıb və bu yaranı həmin o BaÅŸ Çayxanada toplaÅŸanlar sinirə bilmirlər, həzm edə bilmirlər. Görünür onlar bizdən daha çox öz tarixlərinə baÄŸlıdırlar. Unutqanlıq onlar üçün yaddır. Ona görə də ötən yüzilliklərin qisasını almaÄŸa çalışırlar, özü də demokratiya pərdəsi altında. Bax, ona görə də Türkiyəni, bütövlükdə türk dünyasının çevrəsində həmiÅŸə qalmaqallar olub. Çalışırlar ki, bizim başımızı öz əlimizlə qatsınlar, öz əlimizlə çəksinlər. Belə olan halda hansı sevgidən danışmaq olar? Bəli, türkiyəli ekspert Mansur Akgün öz müsahibəsində bəyan edib ki, "Avropa Birliyində Ermənistana qarşı bir simpatiya var". Bunu bildiyi halda xüsusi olaraq gündəmə gətirən Mansur Akgün əfəndi görəsən ayrı nə gözləyirdi ki. Axı o özü deyir ki, türk dünyasına qarşı düşünülmüş ÅŸəkildə gizli iyrənc iÅŸlər görülür. Əfəndim, bu belə olub, bundan sonra da belə olacaqdır. Çünki türkü, türk dünyasını özündən baÅŸqa heç kimsə sevmir. Barı biz bir-birimizi sevək, bir-birimizlə anlaÅŸaq, bir-birimizə dayaq durub ayaq üstə qalaq. BaÅŸqa yolu yox artıq.
Əbülfət MƏDƏTOŠLU
Vous ne pouvez pas poster de nouveaux sujets dans ce forum Vous ne pouvez pas répondre aux sujets dans ce forum Vous ne pouvez pas éditer vos messages dans ce forum Vous ne pouvez pas supprimer vos messages dans ce forum Vous ne pouvez pas voter dans les sondages de ce forum